Yaradıcılığı


Nizami Rəmzinin meyxana janrının inkişafında misilsiz xidmətləri olub.Bu xidmətlər hansılardır?
O,ilk meyxanaçı idi ki,meyxanalardan ibarət audio-kasset buraxıb.Nizami Rəmzinin kassetləri böyük tirajla buraxılıb,əl-əl gəzib.
Nizami Rəmzi meyxanaya mədəniyyət gətirdi,onu etik çərçivəyə saldı.Bildiyimiz kimi bəzi meyxanaçılar söz kasadlığı olanda bayağı,şit sözlərdən istifadə edir,hətta söyüşə də əl atırlar.Nizami belə hallarda meyxana vasitəsilə onların cavabını verir,mədəni olmağı,vulqarizimlərdən istifadə etməməyi tövsiyə edirdi.Bu səbəbdən Nizami Rəmzinin meyxanalarını hamı-uşaqlar,gənclər,qızlar,qadınlar,qocalar da sevirdi.O daim mütaliə edir,söz ehtiyatını zənginləşdirirdi.
Nizami Rəmzinin janra gətirdiyi ən böyük yeniliklərdən biri də meyxananı avazla (musiqili) söyləməsi idi.Onun şirin avazı yüksək musiqi duyumu meyxanalarını daha təsirli edirdi.Əvvəllər isə meyxanalar daha yeksənək,monotonlu səslənərdi.
Nizami Rəmzi həmçinin “Meyxana” folklor ansamblının rəhbəri olmuşdur.O,meyxananı adi toy ,el şənliklərindən böyük sənət ocaqlarına,səhnələrinə çıxarıb.İlk dəfə M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında,möhtəşəm Respublika Sarayında meyxana janrını geniş tamaşaçı auditoriyası qarşısında nümayiş etdirib.
Meyxananı televiziya ekranlarına da ilk dəfə Nizami Rəmzi çıxarmış,”Dalğa” proqramında səsləndirmişdir.Sonralar isə o,müntəzəm olaraq televiziya verilişlərinə dəvət edilirdi.
Meyxanaçılar arasında ilk dəfə kinofilmə (“Qəzəlxan”) və sənədli filmə (“Göy qurşağı”) də məhz Nizami Rəmzi çəkilmişdir.
Xarici ölkələrə də meyxananı ilk dəfə Nizami Rəmzi çıxarıb(İran,Türkiyə,Almaniya,İsrail,Gürcüstan,Özbəkistan,Rusiya və s.).
Meyxana janrında ilk klipi də Nizami Rəmzi çəkdirmişdir.
Meyxananın caz ilə sintezini də Nizami Rəmzi R.Behbudov adına Dövlət Mahnı Teatrı ansamblınınmüşayiəti ilə lentə almış,ilk dəfə “caz-meyxananın” təməlini qoymuşdur.Bilal Əliyev Nizami Rəmzi ilə birgə “Torpaqdan pay olmaz” adlı “caz-meyxana” oxumuşdur.
Nizami Rəmziyə adi meyxanaçı kimi yanaşmaq haqsızlıqdır.Onu xalqa sevdirən əsasən satirası,hazırcavablığıdır.
Nizami Rəmzini digər meyxanaçılardan aşağıdakı xüsusiyyətlər fərqləndirir.
Nizami Rəmzi şair,qəzəlxan idi,yüzlərlə şeir və qəzəlin müəllifidir.
Nizami Rəmzi həvəskar bəstəkar idi.
Nizami Rəmzi müğənni idi--bəstələdiyi mahnıların ilk ifaçısı adətən özü olurdu.
Nizami Rəmzi bədii qiraət ustasıydı—meyxanaların,mahnıların,qaravəllilərin əvvəlində şirin avazla,aydın intonasiya ilə yazdığı qəzəl və şeirlərini söyləyərdi.
Nizami Rəmzinin aktyorluq istedadı vardı—“Qəzəlxan” bədii filmində Səyyar rolunu ifa edib.




Hiç yorum yok:

Yorum Gönder