Həyatı

Həyatda elə insanlar var ki,özündən sonra xoş izlər,unudulmayan xatirələr qoyub gedirlər.Yaddaşlarda iz qoymaq,xatirələrdə yaşamaq,nəsillərə örnək olmaq əsl böyük xoşbəxtlikdir.Nizami Rza oğlu Baxşıyev də məhz belə insanlardan biri idi.1947-ci il dekabrın 20-dəBakıda anadan olan Nizami (Rəmzi təxəllüsüdür) əslən Azərbaycanın dilbər guşələrindən biri olan səfalı Xızı rayonundandır. Bu torpaqda Mikayıl Müşfiq,Cəfər Cabbarlı,Məmməd Arif,Seyfəddin Dağlı,Cabir Novruz kimi sənətkarlar yetişib.Nizami Rəmzi Bakıdakı 176,158 və 159 saylı orta məktəblərdə təhsil almış,1967-ci ildə isə Ticarət Texnikumunu bitirmişdir.Əmək fəaliyyətinə sürücü kimi başlayıb.Nizami Rəmzi 1997-ci il yanvarın 19-da faciəli avtomobi lqəzasında dostu,meyxana ustası Kəbir Azəri ilə birgə vəfat etmişdir,əbədiyyətə qovuşmuşdur.
Dünyadan vaxtsız köçsə də onun sözü,şeirləri,qəzəlləri yaddaşlarda daim qalacaqdır.Çünki o, meyxana təxəllüslü Nizami Rəmzi kimi dünyaya gəldi,bu ad ilə də dünyasını dəyişdi.Bu gün Nizami Rəmzi aramızda olmasa da,biz onun meyxanası, mahnıları,qəzəlləri ilə təsəlli tapırıq.O,heç vaxt unudulmayacaq,daim yaddaşlarda qalacaqdır.Allah meyxana ustadımıza rəhmət eləsin,ruhu şad olsun.

"Söz Azərbaycanda həmişə müqəddəs sayılmışdır - meyxana isə Bakı kəndlərində. Nizami Rəmzi meyxanaya tuş gelmişdi - meyxana da ona. Meyxana Bakı kəndlərinin rəmzi idi, Nizami - Meyxananın! Nizami sənətə, meyxanaya rəmz oldu! Dünyadan köçdü - vaxtsız! Sözü qaldı - şeirləri, adı qaldı - Nizami, soyadı qaldı - Baxşıyev, bir də meyxana təxəllüsü - Rəmzi! Nizami Baxşıyev kimi dünyaya gəldi, Nizami Rəmzi kimi dünyasını dəyişdi..." 

Hiç yorum yok:

Yorum Gönder