29 Mart 2013 Cuma

Gülər üzlüm çəkirəm qamətinin həsrətini,
Ülvi məhəbbətimlə nur edərəm zülmətini.

Laqeyd olma mənim eşqimə, gəl ciddi yanaş,
Aşiq Qəriblə Sənəmdən götür eşq ibrətini.

Rəsmini xəlq eləyən kəs nə böyük dahi imiş,
Əsla qeyri qüvvə yoxdur yarada surətini.

Cama eşq badəsini süz mənə ver rahat olum,
Əllərin qoy özü süzsün ki, bilim qiymətini.

Fitnəkarın səbəbindən çoxu nalana qalıb,
Əsiri-aşiq olanlar, görüb xəyanətini.

Rəhm elə sən də mənə, eşqimi üryan eləmə,
Ayıq ol, sevgimizə tuş elə kəramətini.

Qüssədən, qəmdən uzaq ol, diləyimdir bu mənim,
Atmayıb Rəmzini sən, saxla onun qeyrətini.

Hiç yorum yok:

Yorum Gönder